Önəmli

Bakı Modern Məktəbinin yeni tədris korpusunun açılışı olub – Foto

Bakı Modern Məktəbinin yeni tədris korpusunun açılışı olub - Foto15 sentyabr 2015-ci il tarixdə Bakı Modern Məktəbinin yeni tədris korpusunun açılışı olub

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və digər çıxış edənlər Azərbaycanda təhsil sisteminin inkişafına, eyni zamanda şagirdlərə göstərdikləri qayğıya, onların yüksək səviyyəli təhsillə əhatə olunması, həmçinin xoşbəxt gələcəyi naminə sərf etdiyi əməyə görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirərək, yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, 2012/2013-cü tədris ilindən fəaliyyətə başlayan sözügedən təhsil ocağında Azərbaycan, rus və ingilis dillərində həyata keçirililən tədris proqramı ibtidai (I-IV), ümumi orta (V-IX) və tam orta təhsil (X-XI) səviyyələri üzərində qurulub. Məktəb dövlət standartlarına əsaslanmaqla və beynəlxalq təhsil proqramlarından istifadə etməklə özünün tədris planı və proqramlarını tərtib edərək həmin plan və proqramlara uyğun olaraq tədris prosesini təşkil edir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button