Önəmli

Bakı-Sumqayıt marşrutu ilə gedənlərin NƏZƏRİNƏ

Bakı-Sumqayıt marşrutu ilə gedənlərin NƏZƏRİNƏSabahdan Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarlarının hərəkət cədvəl qüvvəyə minəcək.

Məlum olduğu kimi, sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk elektrik qatarının yola salınması mərasimində iştirak etmişdir.

Elektrik qatarları sentyabrın 12, 13 və 14-də sərnişinlərə pulsuz xidmət göstərmişdir. Sentyabr ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minəcək. Elektrik qatarları Bakı sərnişin, Keşlə, Biləcəri, Xırdalan və Sumqayıt marşutu üzrə hərəkət edəcək.

Qatarlar Baki sərnişin stansiyasından saat 5.10, 5.30, 6.50, 16.00, 17.25, 18.25 və 19.25-də, Sumqayıt sərnişin stansiyasından 6.40, 7.10, 7.55, 17.10, 18.30, 19.30 və 20.30-da yola düşəcəkdir.

Bakı sərnişin, Biləcəri və Sumqayıt sərnişin stansiyalarında post-terminallar və turnitketlər quraşdırılmışdır. Elektrik qatara biletləri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkündür.

Bakı-Sumqayıt marhrutu üzrə 8 elektrik qatarı fəaliyyətdə olacaq. Bunlardan üçü \”Stadler Rail Group\” şirkətinin \”Stadler Minsk\” zavodunda istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarı, beşi isə Riqada əsaslı təmir olunaraq ölkəmizə gətirilmiş elektrik qatarıdır.//day.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button