Önəmli

BBC Azərbaycanı tərk edir

BBC Azərbaycanı tərk edir“BBC Monitoring” Azərbaycandakı fəaliyyətini yekunlaşdıraraq ölkədən getməyə hazırlaşır.

Virtualaz.org saytı “Sputnik”ə istinadən xəbər verir ki, “BВС Monitoring” 6 ay ərzində Azərbaycandakı fəaliyyətini başa vurub Tiflisə köçəcək.

“ВВС Monitoring”in Bakı ofisindən bu informasiyanı şərh etmək istəməyiblər. BBC-nin Londondakı mənzil-qərargahından və rus xidmətindən də bu xəbərə şərh verməkdən imtina ediblər.

Yada salaq ki, “ВВС Monitoring”in bürosu Azərbaycanda 15 ildən çoxdur fəaliyyət göstərir. Bu illər ərzində büro tərəfindən kəskin analitik materiallar hazırlamaq da daxil olmaqla müxtəlif layihələr həyata keçirilib.

“ВВС Monitoring” Böyük Britaniyanın BBC teleradioyayım korporasiyasının bütün dünyada TV-lər, çap və internet mənbələri üzərində monitorinqlər aparılmasına məsul qurumudur.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button