Önəmli

Hacı İbrahim Nehrəmli işçilərin maaşını vermir – QALMAQAL

Hacı İbrahim Nehrəmli işçilərin maaşını vermir - QALMAQALMəşhur iş adamı ABŞ-a niyə gedib?

“Avesta” konserninin prezidenti, məşhur iş adamı Hacı İbrahim Nehrəmlinin Xəzər dənizində həyata keçirdiyi çoxfunksiyalı “Khazar Islands” (“Xəzər adaları”) layihəsi haqda ilginc xəbərlər yayılıb.

Aznews.az-ın məlumatına görə, layihəyə ayrılan pullar tamamilə dayanıb. Elə buna görə də layihə çərçivəsində çalışan bir çox şirkətlərin rəhbərləri öz işçiləri üçün artıq 2 aydır ki, Hacı İbrahimdən pul ala bilmirlər.

Adını açıqlamayan mənbə bildirib ki, bu, “Xəzər adaları” layihəsində ilk hal deyil: “Hacı İbrahim dəfələrlə söz versə də, öz sözünə əməl etmir. Biz də işçilərimizə öz cibimizdən maaş veririk. İndi ərazidə çalışan işçilərin də sayı xeyli azalıb. Bunlar təbii ki, maaşla bağlı olan bir məsələdir”.

Sayt məsələ ilə bağlı Hacı İbrahim Nehrəmlidən münasibət öyrənməyə çalışsa da, buna nail ola bilməyib. Mobil telefonu söndürülən iş adamının hazırda ABŞ-da olduğu və dekabr ayının 14-də Azərbaycana qayıdacağı bildirilib.

Qeyd edək ki, Hacı İbrahim Nehrəmlinin Xəzər dənizində inşa etdiyi “Xəzər adaları” ada-şəhər layihəsinin ümumi dəyəri 100 milyard dollar olduğu açıqlanıb. Artıq bu layihə üçün Hacı İbrahim öz cibindən 2 milyard manat xərclədiyini deyib.

\”Xəzər adaları\” Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button