Önəmli

Xədicə İsmayıl: \”Mən möhkəməm, siz də möhkəm olun…\”

Xədicə İsmayıl: "Mən möhkəməm, siz də möhkəm olun..."«Gözləyirdim ki, hökumətin əsəblərinin çat verən vaxtı olacaq»

AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı-jurnalist Xədicə İsmayıl bunu bu gün səhər radioya telefon zəngində deyib. Xədicə İsmayıl bildirib ki, hazırda saxlanma şəraitindən şikayəti yoxdur. Jurnalist həbsinin səbəblərinə də toxunub:

«Mən möhkəməm, siz də möhkəm olun. Gözləyirdim ki, hökumətin əsəblərinin çat verən vaxtı olacaq. Bu baş verdi və mən həbs olundum. Mənə qarşı irəli sürülən ittihamlar uydurmadır. Çirkli və qara piar üçün nəzərdə tutulmuş ittiham irəli sürülüb. Ancaq bütün bunlara baxmayaraq mən möhkəməm. Bilirəm ki, sizə də asan deyil. Amma ruhdan düşməyin. İşinizi davam etdirin. Hər kəsin öz işini davam etdirməsi çox vacibdir. Həmkarlarımdan yeni-yeni araşdırmalar, hüquq müdafiəçilərindən yeni-yeni təşəbbüslər gözləyirik. İş davam etməlidir».

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button