Önəmli

\”Meydan TV\” fəaliyyətini dayandırdı

"Meydan TV" fəaliyyətini dayandırdıBu gün \”Meydan TV\” internet televiziyasının saytında Bakı bürosunun işinin dayandırılması ilə bağlı məlumat yerləşdirilib.

Televiziya bürosunun qapanması ilə bağlı qərarı əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün atdığını qeyd edib.

Lakin bir qədər sonra televizyanın rəhbəri olan Emin Milli \”Meydan TV niyə bağlandı\” sərlövhəli yazı yazıb. O, yazısında yalnız Bakı bürosunun deyil, televizyanın fəaliyyətini dayandırdığını qeyd edib və bunun səbəblərindən bəhs edib. E. Milli əməkdaşlarına televiziyanın fəaliyyətindəki rollarına görə təşəkkür də edib.

Xatırladaq ki, \”Meydan TV\” Almaniyada fəaliyyət göstərirdi. Lakin televizyanın əsas xəbərləri Azərbaycandakı əməkdaşları tərəfindən hazırlanaraq göndərilirdi./Lent.az/

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button