Önəmli

Hüquq Müdafiə Təşkilatı hüquqları pozulmuş jurnalistlərlə bağlı tədbir keçirib

Hüquq Müdafiə Təşkilatı hüquqları pozulmuş jurnalistlərlə bağlı tədbir keçirib10 Dekabr tarixində Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə Təşkilatının ofis-qərargahında bir sıra jurnalist və ictimai xadimin iştiraki ilə son günlər mətbuat nümayəndələrinin üzləşdiyi təqib və təzyiqlərlə bağlı tədbir keçirilib.

Tədbirdə ilk olaraq çıxış edən VHM sədri Elnur Məmmədli Xədicə İsmayılın həbsinə toxunaraq bu məsələ barədə konkret fikir yürütməyin çətin olduğunu söyləyib. VHM sədrinin fikrincə məsələ istintaq orqanları tərəfindən araşdırıldığı üçün nəticəni gözləmək məqsədə uyğundur:
“Belə ki, istintaq materiallarında olan mövzuya münasibət bildirmək qanunla qadağan olunması ilə yanaşı, həm də istintaqa təzyiq kimi də başa düşülə bilər”.

Daha sonra “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin ARDNŞ və “Çağ Öğretim” şirkətləri tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilməsinə toxunan təşkilat üzvləri bildiriblər ki, Aqil Ələsgərin rəhbərlik etdiyi mətbu orqanlarda yayımlanan yazılara görə onun hakim qarşısına çıxarılması modern dünyanın qəbul etdiyi söz azadlığı prinsiblərinə ziddir. Çıxış edən təşkilat üzvləri yaranmış problemin KİV Haqqında Qanunun tələblərinə uyğun şəkildə həll olunmasının mümkünlüyünü bildiriblər.

“Sonxeber.info” saytının rəhbəri İlqar Atayevin “Atena” şirkəti tərəfindən məhkəməyə verilməsinin də arzuolunmaz hal olduğunu bildirən tədbir iştirakçıları əlavə ediblər ki, saytın arxivində tapılmayan və saytda dərc olunduğu heç bir halda sübuta yetiriləbilməyən yazını bəhanə edərək jurnalistin mühakimə olunması Azərbaycanın beynəlxalq aləmdəki imicinə zərbə vura bilər.

VHM MƏTBUAT XİDMƏTİ

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button