Önəmli

Rüşvət videosu yayılan direktor işdən qovuldu

Rüşvət videosu yayılan direktor işdən qovulduTəhsil Nazirliyi rüşvət alması ilə bağlı video yayılan məktəb direktorunu vəzifəsindən azad edib.

Bu barədə axar.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. “Hacıqabul rayon Talış kənd tam orta məktəbinin direktoru tutduğu vəzifədən azad olunub”, – deyə nazirliyin cavabında bildirilib.

Xatırladaq ki, Hacıqabul rayon Talış kənd tam orta məktəbinin müəllimləri həmin təhsil müəssisənin rəhbəri ilə bağlı publika.az-a müraciət etmişdilər. Müəllimlərin sözlərinə görə, məktəbin 71 yaşlı direktoru Mirsaleh Mirabbas oğlu Məmmədov dövlətə məxsus məktəbi öz mülkü hesab edərək vəzifəsindən sui-istifadə edirmiş. Onun məktəbə məxsus maddi-texniki vasitələri mənimsədiyi, məktəbin texniki işçilərinin əksəriyyətinin maaş kartlarını alıb uzun müddət özündə saxladığı, ayda bir neçə dəfə işə çıxmaq və ya ümumiyyətlə, gəlməmək şərti ilə onlara cüzi miqdarda pul verdiyi bildirilirdi.

Şikayətçilər Mirsaleh Mirabbas oğlu Məmmədovun əməlləri ilə bağlı əyani fakt kimi video-materiallar da yaymışdılar.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button