Önəmli

Bakıda dəhşət: qayınana gəlinini və 6 aylıq nəvəsini öldürdü

Bakıda dəhşət: qayınana gəlinini və 6 aylıq nəvəsini öldürdüBakıda qayınana gəlinini və 6 aylıq nəvəsini amansızlıqla qətlə yetirib.

APA-nın məlumatına görə, tükürpərdici qətl Suraxanı rayonunda baş verib. Qum adası, Zeytun bağları adlanan ərazidə kirayədə qalan 40 yaşlı Şərqiyyə Hüseynova birlikdə yaşadığı gəlini, 20 yaşlı Elnarə Nəcəfova ilə mübahisə edib. Mübahisə fərdi yaşayış evinin həyətində olub. Qadın yerdən götürdüyü daş parçası ilə gəlininin başına bir neçə zərbə vurub. Ağır kəllə beyin zədəsi alan Elnarə Nəcəfova yerindəcə keçinib.

Bundan sonra hadisəni törədən Şərqiyə Hüseynova evə girərək nəvəsi – 6 aylıq Emilyanı boğaraq amansızlıqla qətlə yetirib. Hadisə barədə xəbər tutan qonşular dərhal polisə məlumat veriblər.

Hadisə yerində müayinə aparıldıqdan sonra cəsədlər Suraxanı rayonu Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya şöbəsinə aparılıb.

Şərqiyyə Hüseynova saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam edir.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button