Önəmli
Azərbaycanı “Eurovision”-da makedoniyalı təmsil edəcək
Azərbaycanı 2015-ci il “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək iştirakçının kimliyi artıq məlumdur.
Azvision.az xəbər verir ki, Twitter sosial şəbəkəsində yayılan xəbərlərə görə, Azərbaycanı Daniel Kaimazanov təmsil edəcək.
Daniel Kaimazanovun əslən Makedoniyadan olduğu bildirilir.
Sosial şəbəkədə Kaimazanovun – “Makedoniya, məni bağışla. Bu il Azərbaycan üçün oxuyacam”- sözləri yazılmış posterlə fotoları yayımlanıb. .
Qeyd edək ki, 2015-ci ildə “Eurovision” mahnı müsabiqəsi Konçittanın qələbə gətirdiyi Avstriyada keçiriləcək.