Beyləqanda Heydər Əliyevin anım günü tədbirində biabırçılıq
YAP-ın yerli təşkilatının sədri Rafael Pəsiyev Polis Şöbəsində keçirilən tədbirdə polisləri peşə bayramı münasibəti ilə təbrik edib
Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının sədri, eyni zamanda da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin müdiri Rəfail Pəsiyev Beyləqan polisi tərəfindən sabiq prezindent Heydər Əliyevin anım gününə ilə bağlı təşkil etdiyi toplantısında çıxış edərkən biabırçılıq yaşanıb. Savash.org Sonolay.org-a istinadən xəbər verir ki, YAP sədri iştirak etdiyi tədbirin Heydər Əliyevin anım günü ilə bağlı təşkil edildiyinin fərqində olmadığından polis işçilərinin peşə bayramı təbrik edib. YAP sədrinin Rafael Pəsiyevin bu çıxışı təbbir iştirakçılarının gülüşünə səbəb olub.
Onun işlətdiyi sözlər bir çox televiziya işçilərinin də diqqətindən qaçmayıb.