\”Kürd problemi həllini tapmasa, Öcalan azadlığa çıxmasa…\”
PKK silahlılarından olan Sabri Ok indiki halda tərksilah olmağın mümkünsüzlüyündən danışıb.
Avropa.info-nun məlumatına görə, Ok mövcud şərtlərlə silahları yerə qoymaq təklifini kürdlərin iradəsinə hörmətsizlik kimi qəbul etdiyini bildirib. Sabri Ok həmçinin HDP funksionerlərinə qarşı da sərt çıxış edib. O bildirib ki, HDP silahların yerə qoyulması haqqında fikir söyləyə, təklif verə bilməz.
Sabri Ok Öcalanın tərksilah çağırışı barədə danışıb:
“Öcalan silahları yerə qoymağımız haqqında çağırış edə bilər. Bunu yerində təklif kimi qəbul etmirəm. Silahı yerə qoymaq iradəsi bizdədir. Heç kim bizim əvəzimizdən çıxış etməsin. Bizim heç nədən xəbərimiz yoxdur.
Öcalan çağırış edəcək, PKK onu edəcək, bunu edəcək kimi sözlərə inanmayın. Bunlar hərəkatımızın, idarə şurasının iradəsində olan məsələlərdir. Kürd problemi həllini tapmasa, Öcalan azadlığa çıxmasa bu cür məsələlər müzakirə edilə bilməz”.