Önəmli

Polad Bülbüloğlu Nazim İbrahimovu pis vəziyyətdə qoydu

Polad Bülbüloğlu Nazim İbrahimovu pis vəziyyətdə qoyduSəfir Rusiyadakı diaspora təşkilatlarının fəaliyyətindən narazılıq etdi

“Diaspor üzvlərimizin xətrinə dəymək istəmirəm. Amma Rusiyadakı diasporumuz da Ukraynadakının tayıdır”. Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu virtualaz.org-a müsahibəsində deyib. Polad Bülbüloğlu Rusiyadakı Azərbaycan diasporu haqqında bundan artıq heç nə bildirməyib.

Səfir bu fikirləri ilə diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim Ibrahimovun fəaliyyətini şübhə altına alıb. Qeyd edək ki, Nazim Ibrahimov hər dəfə mətbuata açıqlamalarında Azərbaycanın xaricdəki diaspora təşkilatlarının uğurlu fəaliyyətinə diqqət çəkib. Nazim Ibrahimov xüsusilə Rusiyadakı diaspor təşkilatlarının güclü olduğunu vurğulayıb. Lakin indi Polad Bülbüloğlunun fikirlərindən aydın olur ki, heç də belə deyilmiş. Əgər səfir diaspor təşkilatlarının fəaliyyətindən narazıdırsa, deməli, Nazim Ibrahimovun danışdaqları sabun köpüyündən başqa bir şey deyil.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button