Önəmli

SpaceTV-də sərxoş qadın sürücülər qalmaqalı – efirə yanlış kadr verilib?

SpaceTV-də sərxoş qadın sürücülər qalmaqalı - efirə yanlış kadr verilib?Ramzan İbiyev adlı \”Facebook” istifadəçisi yazır ki, 8 mart tarixində həyat yoldaşı maşını ilə hərəkət edərkən Dövlət Yol Polisi (DYP) işçiləri tərəfindən saxlanılaraq, sənədləri yoxlanılıb: \”Sənədlər qaydasında olduğu zaman, DYP işçisi bildirir ki, bu bir bayram aksiyasıdır və saxlanılan xanım sürücülərə hədiyyələr verirlər. Bu bayram aksiyasını SpaceTV-nin əməkdaşları lentə alırdı” – deyə R.İbiyev çəkilişdən sonra efirdə baxdığı bu verilişin normal olduğunu və razı qaldığını da qeyd edir.
09 dekabr tarixində isə o yenidən həyat yoldaşını efirdə görür. Bu dəfə isə xəbərdə yol hərəkət qaydalarını pozan və içkili halda maşın sürən qadınlardan söhbət gedirdi. Lakin həyat yoldaşının görüntülərini görən Ramzan anlayır ki, bu 8 mart tarixində qeydə alınmış görüntülərdir və görüntülərdə polis tərəfindən qadınlara verilən hədiyyələr kadrı kəsilib: \”09 dekabr 2014-cü il tarixində saat 21.00 radələrində gedən \”HƏR GÜN\” xəbər proqramında yol hərəkət qaydalarını pozan və içkili halda maşın sürən qadınlardan söhbət gedirdi və həmin 8 mart günü çəkilən kadrlar da proqramda yer almışdı. Efirə gedən bu süjetdə polis tərəfindən qadınlara verilən hədiyyələr kadrını kəsərək, ancaq DYP sənədləri yoxlayan yeri saxlayıblar” – deyə şikayətçi qeyd edir.
Məsələ ilə bağlı \”Hər gün” proqramının baş redaktoru Elman Gəldikli heç nə deməyəcəyini və şikayətin əsassız olduğunu bildirdi. (bizimyol.info)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button