Önəmli

Erməni ailəsi Bakıdan çıxan kimi… – NANKORLUQ

Erməni ailəsi Bakıdan çıxan kimi... - NANKORLUQ2010-cu ildə könüllü şəkildə Azərbaycana keçmiş və bu gün Ermənistana təhvil verilmiş Gevorkyanlar ailəsi (valideynlər və üç uşaq) İrəvanda tibbi müayinədən keçib. Erməni qaynağlarından verilən xəbərə görə, 4 ildən çox Azərbaycanda normal şəraitdə yaşamalarına rəğmən, onlar da bu yaxınlarda Ermənistana təhvil verilmiş hərbi əsir Akop İnciqulyan kimi qayıdan kimi ölkəmiz əleyhinə hədyanlar söyləyiblər.
Gevorkyanların qızları bildiriblər ki, özlərini yaxşı hiss edirlər. \”Güclə qayıtdıq. Biz milli satqınlar deyilik, mən hərbi sirləri bilməmişəm, xəbər verə bilməzdim. Heç buna hüququm da yox idi” – bacılardan biri belə deyib.
\”Bizi hərbi əsirlər üçün düşərgədə saxlayırdılar. Mənim uşaqlarım bütün bu müddətdə daim siçovulların çeynədikləri toyuq əti yeyiblər. Onlar bizi məcbur edirdilər ki, familiyamızı dəyişək və türk olaq. İmtina elədiyi üçün ərimi döyürdülər” – bunu isə 4 il çörəyimizi yeyib-suyumuzu içən ailənin anası deyib.
Ata Gevorkyan da (O, Ermənistanda qətlə görə axtarışda idi –red.) özünəməxsus uydurmalar söyləyib. Deyib ki, guya Azərbaycan tərəfinin asdığı mülki şəxs Manvel Saribekyanın olduğu yerdə yaşayıblar: \”Manveli asanda mən orada idim. Heç kim bunu dana bilməz”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button