Önəmli

Papa Fransisk: “Heyvanlar da cənnətə gedəcək”

Papa Fransisk: “Heyvanlar da cənnətə gedəcək”Qərb mediası bu iddianı dartışır

Qərb mediasının müzakirə mövzularından biri Roma Papası Fransisklə bağlıdır. Bir çox nüfuzlu nəşrlər iddia edirlər ki, Müqəddəs Ata sevimli itini bu yaxınlarda itirmiş azyaşlı oğlanla söhbət edərkən, ona bildirib ki, heyvanlar da cənnətə gedir. Biz onlarla cənnətdə yenidən qarşılaşacağıq. Bu barədə “The New York Times” qəzeti xəbər yayıb.

Bu iddia ilə razılaşmayanlar da var. Ancaq tarixdə heyvanların da cənnətə gedəcəyi ilə bağlı bəyanat verən Roma Papaları az olmayıb. Belə ki, 1978-ci ildə dünyasını dəyişmiş Papa VI Paul da bu barədə danışıb. Onun dedikləri isə İtaliyanın populyar qəzetlərindən olan “Corriere della Sera”da özünə yer alıb. Papa isə belə deyibmiş: “Cənnət bütün yaradılmışların üzünə açıqdır”.

Bir çoxları bildirirlər ki, media Papa VI Paulun fikirlərini çaşqınlıqdan dolayı Papa Fransiskin adına çıxıb. Bu çaşqınlığa aydınlıq gətirmək üçün CNN də araşdırmalar aparıb.
Fərqli media orqanlarının araşdırması nəticəsində bəlli olub ki, Papa IX Pius heyvanların cənnətə getməsi ehtimalını rədd edib. Çünki heyvanları Allah şursuz məxluq olaraq yaradıb. Papa II Con Paul isə əksinə, deyib ki, heyvanların da bizim kimi ruhu var və onlar da insan qədər Allaha yaxındır.

O da maraqlıdır ki, hazırkı Papanın adı müqəddəs Fransis anlamından götürülüb. Bu isə heyvanların müdafiəçisi mənasına gəlir…

Qeyd edək ki, Roma Papası Fransisk əvvəlki müsahibələrində ateistlərin də cənnətə gedə biləcəyini vurğulamışdı və söyləmişdi ki, xeyirxah ateistlər cənnətə qovuşacaq.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button