Önəmli

İŞİD-in edam videosu CIA-nın studiyasında çəkilib – ŞOK İDDİA

İŞİD-in edam videosu CIA-nın studiyasında çəkilib – ŞOK İDDİAİŞİD terror təşkilatı peyda olan gündən etibarən ağıla gələn ilk sual “Bu adamlar haradan çıxdı” idi. İnternetdə terror təşkilatının Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və İsrailin kəşfiyyat təşkilatı Mossad tərəfindən yaradılmış bir layihə olduğuna dair minlərlə yazını oxumaq mümkündür. Nəzəriyyəçilərə görə, baş kəsmə videolarını belə studiyalarda hazırlamaq mümkündür.

Publika.az-ın verdiyi xəbərə görə, İŞİD-in Suriyada qaçırdığı amerikalı jurnalist Ceyms Foleyin başının kəsildiyi nümayiş etdirilən videonun CIA-in studiyalarında hazırlandığı iddia edilir.

“Washington Post” qəzetinin 2010-cu ildə dərc etdiyi xəbərdə CIA-in “Əl-Qaidə” lideri Üsamə bin Ladenə bənzər bir aktyor ilə çəkdiyi saxta videodan bəhs edilirdi. Videodakı “Laden” içki içir, kişilərlə cinsi yaxınlıq edir. CIA-nın məqsədi videonu İraqda yaymaqla “Əl-Qaidə” daxilində parçalanma yaratmaq idi. Ancaq son anda videonun yayılmasından imtina edildi. Amerika kəşfiyyatının “məqsədinə çatmaq üçün” saxta video və fotoşəkillər yaratdığı həmişə irəli sürülən bir nəzəriyyə olub. Amma bu nəzəriyyənin gerçək olduğunu ilk dəfə “Washington Post” qəzeti ortaya çıxardı.

Hazırda isə analoji nəzəriyyələr bütün dünyaya qorxu salan İŞİD terror qruplaşması üçün də irəli sürülür. Bir anda yüzlərlə “Toyota” avtomobili ilə ortaya çıxan bu qara bayraqlı insanların dövlət quracaq qədər güclü olması necə oldu? Təşkilat üzvlərinə ayda 400 dollar verəcək qədər böyük maliyyə gücünü necə əldə etdi? Əsədin ordusundan ələ keçirdikləri tank kimi ağır silahlardan istifadəni dərhal necə öyrəndilər? Dünya mediası ilə rəqabət apara biləcək jurnallara və HD keyfiyyətində olan videolara necə sahib ola bildilər?

Bu suallar sui-qəsd nəzəriyyəçilərinin iddialarını haqq qazandırır. İŞİD-in əslində ABŞ və İsrailin Yaxın Şərqdə hakimiyyətini təmin etmək üçün yaradılmış süni bir təşkilat olduğu iddiası getdikcə güclənir.

İŞİD-in Mosulda bir məscid qarşısındakı meydanda edam etdiyi peşmərgə hərbçisinin videosunda da eyni texnologiyadan istifadə edildiyi, görüntülərin studiyada çəkilərək məscidlə montaj edildiyi bildirilir.

Dünyanın bir çox ölkəsində yaşayan sui-qəsd nəzəriyyəçilərinin bu mövzu barəsində yazacağı çox şey var. Yaponlar isə yalnız yazmaqla kifayətlənməyiblər. Onlar araşdırmanı İŞİD-in (CIA-nın) “Greenbox” studiyasına qədər aparıblar.

İŞİD-in avqust ayında edam etdiyi amerikalı jurnalistin cəsədini 1 milyon dollara satmaq istədiyi iddia edilir. Təşkilat cəsədin həqiqətən də Foleyə aid olduğunu sübut etmək üçün DNT nümunəsini verə biləcəklərini açıqlayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button