Önəmli

“Səni axtarıram”ın dayandırılması ilə bağlı açıqlama

“Səni axtarıram”ın dayandırılması ilə bağlı açıqlamaÖtən gün Xoşqədəm Hidayətqızının aparıcılığı ilə ATV-də yayımlanan “Səni axtarıram” verilişinin yayımı qəflətən dayanıb.
Savash.org axşam.az-a istinadən xəbər verir ki, yarımçıq saxlanılan proqramın yerinə film nümayiş olunub. Bir neçə dəqiqədən sonra “Səni axtarıram” yenidən efirə çıxıb.
Verilişin prodüseri Əli Vəliyev yaranan problemlə bağlı açıqlama verib: “Texniki bir problem olmuşdu. Ona görə də, yayıma ara verildi. Amma bir neçə dəqiqədən sonra veriliş qaldığı yerdən davam edib. Hərdən belə hallar baş verir. “Səni axtarıram” yayımlanacaq, heç bir problem yoxdur, işlər olduğu kimi davam edir”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button