Önəmli

Ərdoğandan Gülən hərəkatına ildönüm “təbriki”…

Ərdoğandan Gülən hərəkatına ildönüm “təbriki”...Dekabrın 14-də günlərdir ki, sosial mediada anonsu verilən “Hizmət” hərəkatına qarşı əməliyyat nəhayət, başlayıb.

İlkin xəbərlərə görə, 37 nəfər həbs olunub. Əskişəhər və Vanda başlayan əməliyyatda Samanyolu TV-nin bir neçə əməkdaşı saxlanıb. “Tək Türkiyə” və “Şəfqət təpə” seriallarının müəllifi Salih Aslan da Əskişəhərdə həbs edilənlər sırasındadır. S.Aslan Gülən hərəkatının fikir ideoloqlarından sayılır.

Türkiyə əməliyyat xəbərlərini ilk olaraq, Gülən hərəkatına yaxın vəkillərin Twitter hesablarından öyrənib. Polisin Van və Əskişəhər əməliyyatlarından sonra ölkənin Gülən hərəkatına yaxınlığı ilə tanınan ünlü vəkili bu haqda sosial şəbəkə üzərindən xəbər yayıb.

Səhər saat 07.27-də polislər “Zaman” qəzetinin baş ofisinə gəlib. Polisləri binanın girişində qarşılayan insanlar hökumət əleyhinə şüarlar səsləndirib.

“Samanyolu” telekanalında yayımlanan “Tək Türkiyə” serialının senaristlərindən Yılmaz ve Makbule Çam Alemdağ da saxlanıb.

Odatv, Ergenekon, Balyoz kimi səs-küylü əməliyyatları idarə edənlər arasında olan polis rəisi Mutlu Əkizoğlu, “Samanyolu” Yayın Qrupu başqanı Hidayet Karaca, bir müddət İstanbul Terrorla Mübarizə şöbəsinin müdiri və Hakkari polis rəisi vəzifələrində çalışan Tufan Ergüdər də həbs olunub.

Polislər sübh tezdən “Zaman” qəzetinin baş direktoru Ekrem Dumanlının və ”Samanyolu” Yayın Qrubu rəhbəri Hidayet Karacanın evinde axtarış aparıb, hər iki evdən kompüterlər və sənədlər müsadirə edilib.

Əməliyyata İstanbul prokuroru İslam Çiçək rəhbərlik edir. Haqqında həbs-qətimkan tədbiri seçilən şəxslərə qarşı artıq rəsmi ittiham irəli sürülüb.

Onlar Türkiyə Cümhuriyyətini ələ keçirmək məqsədi ilə basqı və təhdiddən yararlanaraq, qanunsuz silahlı birləşmə yaratmaqda, həmin silahlı birləmə vasitəsilə bəlli şəxslərə iftira atmaqda, insanların azadlıqlarını məhdudlaşdırmaqda, bir sıra dövlət əhəmiyyətli sənədləri saxtalaşdırmaqda şübhəli bilinirlər.

Anadolu Agentliyi xəbər verir ki, 14 dekabr əməliyyatında haqqında həbs-qətimkan tədbiri seçilən hüquq-mühafizə orqanlarının əməkdaşları və media təmsilçiləri olan 37 nəfərlik qrup 2009-cu ildə “Tahşiyəçilər” adlı qrupa qarşı həyata keçiriən əməliyyatda “suç və dəlil uydurduqları” üçün saxlanıb.

“Tahşiyə hörgütü” adı isə “Samanyolu” TV-də yayımlanan “Qaranlıq qurul” adlı serialdakı silahlı birləşmənin adıdır.

İstanbul polisinin “təhşiyəçilər” adlandırdığı qrupa qarşı ilk əməliyyatı 2010-cu ildə həyata keçirilib. O zaman qrupun əsas isimlərindən olan Mehmet Doğan da daxil olmaqla, 122 nəfər saxlanmışdı. M.Doğan 17 ay həbsdə yatandan sonra azad edilmişdi.

Digər 10 nəfər haqqında isə qısamüddətli həbs tədbirləri görülmüşdü. 2010-cu il əməliyyatının səbəbi kimi yaxın çevrəsində “Molla Muhammed” adı ilə tanınan Mehmet Doğanın Fətullah Gülənin bəzi fikirlərinə qarşı çıxdığı göstərilmişdi. Həmin dönəmdə AKP iqtidarı ilə Gülən hərəkatının vahid qüvvə olduğu iddia edilirdi. “Tahşiyəçilər”in əl-Qaidə hərəkatına yaxın olduğu da səslənən iddialar arasındadır.

Türkiyə mediasında səslənən iddialara görə, 2010-cu il əməliyyatından sonra lider dəyişən təhşiyəçilər Gülən camaatı ilə yaxın münasibətlər qurub. Hər iki qrupun təməlində nurçuluğun dayanması yaxınlaşmanı mümkün edən əsas səbəb kimi göstərilir. Ancaq qruplar arasında fikir ayrılıqlar da yox deyil. Gülən hərəkatından fərqli olaraq təhşiyəçilər dinlərarası dialoqu qəbul etmir.

AKP hökumətindən bu hadisələrlə bağlı ilk açıqlamaları əvvəlcə baş nazirin müavin Numan Kurtulmuş, ardınca isə səhiyyə naziri Mehmet Müəzzinoğlu verib.

Numan Kurtilmuş medianın suallarına qısa cavab verib: “Baş verənlər hüquq çərçivəsindədir. Təfərrüatlar haqqında dəqiq bilgim yoxdur. Sonuclara baxacağıq. Hələlik dəqiq bir söz söyləməyi uyğun görmürəm”.

Ədirnədə media təmsilçiləri ilə görüşən Mehmet Müəzzinoğlu isə olayları telekanallardan eşitdiyini deyib: “Türkiyə hüquq dövlətidir. Toplum da olaylara sürəc içərisində lazım olan dəyərləndirməni verir. Səhv edənlər hərəkətlərinin qarşılığını ödəyəcək”.

Türkiyənin tənqidçi mediası 14 dekabr əməliyyatını prezident Rəcəb Tayyib Ərdoğanın 17 dekabr Böyük Rüşvət Əməliyyatının ildönümündə Gülən hərəkatına ağır zərbəsi kimi dəyərləndirir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button