Önəmli

Qəbələdə \”Qarabağ\”a dəstək şüarı: \”O hakimin anası…\” – FOTO

Qəbələdə "Qarabağ"a dəstək şüarı: "O hakimin anası..." - FOTOBu gün Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində Qəbələ şəhərində qarşılaşan \”Qəbələ\” və \”Qarabağ\” komandaları arasında baş tutan matçda maraqlı anlar yaşanıb.

Savash.org-un məlumatına görə, \”Qəbələ\” klubunun fanatları Avroliqanın sonuncu seçmə oyunu zamanı çex hakimin \”Qarabağ\”ın son saniyədə \”İnter\”in qapısına vurduğu qolu qeydə almamasına etiraz olaraq üzərində \”Qarabağdır bu millətin yarası, Yaddan çıxmaz o hakimin anası\” yazılmış şüar qaldırıblar.

Xatırladaq ki, həmin oyunda “Qarabağ”ın braziliyalı legioneri Almeydanın vurduğu top italiyalı futbolçuya dəyərək istiqamətini dəyişib qapıya daxil olsa da çexiyalı hakim Zelinka qolu qeydə almayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button