Önəmli

VHM kəlbəcərli girovlarla bağlı bəyanat yaydı

VHM kəlbəcərli girovlarla bağlı bəyanat yaydıAzərbaycanın işğal olunan Kəlbəgər rayonu ərazisində erməni silahlı dəstələri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin işğalçı dövlətdə ittiham olunmaları heç bir hüquqi müstəviyə sığmır. Bütün dünyanın qəbul etdiyi kimi, işğal olunan Dağlıq Qarabağ Azərbaycan Respublikasının ərazisidir. Azərbaycan vətəndaşları Azərbaycan ərazilərində sərbəst dolaşmaq, həmçinin toplaşmaq hüququna malikdirlər.
İşğalçı dövlətin düzənlədiyi bu ucuz şou, dünyanın gözü qarşısında baş verən özbaşınalıqdır və heç bir hüquqi izahı yoxdur. İşğalçı dövlət, işğal etdiyi ərazilərdə hazırda mənəvi terror törədir. Kəlbəcərli silahsız sakinlərin girov götürülməsi və silahsız sadə vətəndaş Həsən Həsənovun öldürülməsi buna əyani sübutdur.
Digər tərəfdən, hər iki girovun işğalçı dövlətdə mühakimə olunması, onların hüquqi yardım almalarından məhrum edilməsinə gətirib çıxarıb. Xatırladırıq ki, Avropa İnsan Haqları Konvensiyanın 6-cı maddəsində qeyd olunur ki, hər bir şəxsə onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, yaxud ona qarşı irəli sürülən hər hansı bir cinayət ittihamına baxılarkən ədalətli məhkəmə hüququna təminat verir. Kəlbəcərli girovların mühakiməsi zamanı Konvensiyanın bu maddəsi kobud şəkildə pozulub.
Bundan əlavə, Dünya ictimaiyyətinə özünü sülhpərvər kimi təqdim etməyə çalışan Ermənistan tərəfi bu zaman daha bir qanun puzntusuna yol verməyə məcbur olub. Belə ki, işğal altında olan Azərbaycan torpaqlarında həmin torpaqların həqiqi vətəndaşları mühakimə etmək üçün hüquqi əsas tapa bilməyən işğalçı dövlət girovlara saxta ittiham irəli sürməyə məcbur olub. Qondarma ittihama görə, onlar Sumbat Çakanyanı qətlə yetiriblər. Təbii ki, silahsız insanların Sumbat Çakanyan adlı birisinə 7 dəfə atəş açması absurd ittiham olduğundan bu da hüquqi normativlərə ziddir.
Sadalanan bütün bu hüquqi çatışmazlıqları nəzərə alaraq Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə Təşkilatı bəyan edir ki, girov götürülən kəlbəcərli girovlar – Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev heç bir şərt irəli sürülmədən azad olunmalı, onları mənəvi terrora və fiziki işgəncəyə məruz qoyan işğalçı Ermənistan dövləti qanunsuz əməllərinə görə cavab verməlidir.

VHM Mətbuat Xidməti

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button