Önəmli

Sabirabadda AXCP üzvü həbs olundu: Hərbi xidmətdən yayınırmış

Sabirabadda AXCP üzvü həbs olundu: Hərbi xidmətdən yayınırmışAzərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü həbs edilib.

Sabirabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsindən rayon sakini Mirağa Abbasovun hərbi xidmətdən yayınması barədə polisə məlumat daxil olub.

M.Abbasov evinə gedən polis əməkdaşına müqavimət göstərərək onu təhqir edib. O, polis şöbəsinə gətirilib və barəsində toplanmış materiallar Sabirabad Rayon Məhkəməsinə göndərilib.

M.Abbasov İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisə müqavimət) maddəsi ilə təqsirləndirilərək 25 sutka həbs cəzası alıb.

Qeyd edək ki, M. Abbasov Əli Kərimlinin sədr olduğu AXCP-nın Sabirabad rayon təşkilatının üzvüdür.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button