Rüstəm İbrahimbəyov həbsdəki “bacısına” təbrik göndərdi
Tanınmış kinossenarist, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusu ad günü münasibəti ilə təbrik edib.
“Turan”-ın məlumatına görə, R.İbrahimbəyov vurğuayıb ki, onun ad gününü həbsdə qeyd etməsindən utanc hissi keçirir: “Sizin atanızı, milli kino istehsalatının banilərindən olan Teymur müəllimi tanıyırdım. O vaxtdan əlli il keçib. Lakin bu insanın onu o zamankı kinematoqrafiya mühitində digərlərindən fərqləndirən görünüşünü və əsl ziyalı davranışını yaxşı xatırlayıram. Oxşar keyfiyyətləri sizdə də görmüşəm.
Və mən əminəm ki, duruş gətirə biləcəksiniz. İnanıram ki, hələ bundan sonra da ailənizlə, Azərbaycanda və ondan kənarda sizi sevənlərinizlə neçə-neçə doğum günləri keçiriəcəksiniz.
Ümid edirəm ki, mənim təbrikim sizə çatacaq və bu, minlərlə insanın bu gün fikrən sizinlə olduğunu təsdiq edəcək.
Qardaş hissi ilə: Rüstəm İbrahimbəyov”.