Mərdan Camalov bələdiyyə sədri postunu söz verdiyi adamı niyə aldadıb?
Bələdiyyə seçkilərindən günlər keçdikcə bu mühüm dövlət tədbiri ilə bağlı üzə çıxan ilginc məlumatların da sayı artır. Bu dəfə redaksiyamıza Şirvan şəhərində keçirilmiş seçki ilə bağlı maraqlı məlumatlar daxil olub. Savash.org xəbər verir ki, Şirvan icra hakimiyyətində çalışan mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə, bu şəhərdəki seçki nəticələri böyük qalmaqal yarada bilər. Səbəb isə icra başçısı Mərdan Camalovun bələdiyyə sədri postunu söz verdiyi şəxsi aldatmasıdır.
Mənbəmizin sözlərinə görə hələ seçki prosesindən xeyli əvvəl M.Camalov bələdiyyə sədri postunu icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Kürdoğlu Muradova söz verməsidir. Bu səbəbdən də, K.Muradov öz postundan istefa verərək bələdiyyə seçkilərinə qoşulub. 46 saylı Şirvan seçki dairəsinin 5 saylı seçki məntəqəsi üzrə seçkiyə qatılan. K.Muradov MSK-nın rəsmi saytında da yerləşdirilmiş nəticələrə əsasən ən çox səs toplayan namizəd deyil. O sıralamada ikincidir. Düzdür, qanunvericiliyə əsasən bələdiyyə sədri bələdiyyə üzvlərinin ilk iclasında səs çoxluğu ilə seçilir amma M.Camalovun K.Muradovu siyahıda ikinci etməsi səbəbsiz deyil. Mənbə bununla bağlı da cumhuriyyet.az-a ilginc məlumatlar verib: \”Ola bilsin ki, bələdiyyə üzvləri K.Muradovu sədr seçsin. Amma bu baş versə belə icra başçısının bu şəxslə tam üzülüşmək fikrində olması dəqiqdir. K.Muradovun əvvəlki vəzifəsində işləyərkən yol verdiyi qanunsuzluqların dosyesi hazırlanıb və bu dosyenin ona qarşı işləyəcəyi an məsələsidir.\”
Mövzunu diqqətdə saxlayacağıq