Problem

Bakıda turist \”Hell\”dən zəhərləndi, şirkət təkzib edir: \”Hell\”dən qabaq araq içibmiş – QALMAQAL

Bakıda turist "Hell"dən zəhərləndi, şirkət təkzib edir: "Hell"dən qabaq araq içibmiş - QALMAQAL
Xəbər verdiyimiz kimi Bakıya gələn turist Kərimi Əmir Abrus oğlu zəhərlənib. İlkin məlumata görə, o, “Hell” enerji içkisindən zəhərlənib.

Savash.org-un məlumatına görə, “Hell Azərbaycan” şirkətinin nümayəndəsi Cavanşir Süleymanov “Qafqazinfo” ilə əlaqə saxlayaraq həmin şəxslə xəstəxanada görüşdüklərini bildirib. C.Süleymanov qeyd edib ki, həmçinin Səbail rayon Prokurorluğu ilə də əlaqə saxlayaraq məsələ ilə maraqlanıblar.

“Hell” nümayəndəsi qeyd edib ki, Ə.Kərimi enerji içkisindən deyil, araqdan zəhərlənıb: “O, \”Hell\” içəndən əvvəl “Metadon” dərmanı qəbul edib, buna görə də zəhərlənib”.

Hazırda prokurorluqda araşdırma aparılır. Yekun nəticə ekspertizanın rəyindən sonra bəlli olacaq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button