Problem

Yasamalın icra başçısından vergilər nazirinə şok şikayət: \”Pulu kimə verməliyik başçıya, yoxsa…\”

Yasamalın icra başçısından vergilər nazirinə şok şikayət: "Pulu kimə verməliyik başçıya, yoxsa..."
Bu gün Yasamalın icra başçısı postunda 3 ayı tamam olan Əziz Əzizov deyəsən, bu vəzifəsində çox qala bilməyəcək. Hər halda görünəni budur. Və görünəni odur ki, gəldiyi ilk günlərdən Yasamalda xırda ticarət obyektlərini hədəf kimi götürüb, bununla da yüzlərlə sahibkarı az qala dövlətlə üz-üzə qoymağa çalışan Əziz Əziova \”yuxarıların\” uzun müddətə hövsələ edəcəyi və onu görəvdə saxlayacağı heç də inandırıcı görünmür.

Savash.org-un məlumatına görə, dia.az-a daxil olan son şikayət məktubunda da narazı sahibkarlar bildirirlər ki, Əziz Əzizovun adamları onları obyektlərini sökəcəkləri ilə hədələyirlər. Sahibkarlar dia.az-a yazır:

\”Əziz müəllimin bəlkə də xəbəri yoxdur, bəlkə də onun təyin etdiyi yeni işçiləri bunu özbaşına edirlər. Amma fakt odur ki, bu gün Şərifzadə küçəsi boyunca bütün obyektlərə icra hakimiyyətinin adamları yaxınlaşır, obyektlərin sənədlərini təftiş edir, əlavə narahatçılıq yaradırlar. Əvvəllər belə şeylər olmazdı. Yəqin Əziz Əzizov öündən əvvəlki başçının dövründə baş verən hansısa qanunsuzluğu aşkarlamaq istəyir. Amma bunun üçün bütün sahibkarları \”silis\”ə çəkməyin nə adı var?\”

Sahibkarlar dia.az-a müraciətlərində onu da bildirirlər ki, bir balaca narahatçılığı olanlar başçının adamlarına şirinlik verərək canlarını qurtarır: \”Bu, total xarakter alıb. və davamlıdır. Əgər belə olacaqsa, biz Əziz Əzizovdan vergilər naziri Mikayıl Cabbarova şikayət edəcəyik. Çünki vergini bir nəfər yığmalıdır. Hər gələn yox. Cənab nazir də bizə izah etsin ki, pulu vergilərin işçisinə verməliyik, yoxsa Əziz Əziovun adamlarına\”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button