Ceyhun Bayramovla müavininin xaricdəki biznesi: biri müflis olub, o biri isə…
\”47 yaşlı \”islahatçı\” təhsil naziri Ceyhun Bayramov da offşor kadrıdır. Vəzifəyə biznesdən gəlib\”.
Savash.org xəbər verir ki, bu sözləri jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki hesabında yazıb.
O bildirib ki, Ceyhun Bayramovun benefisiarı olduğu OMNI LEGAL AND CONSULTANCY SERVICES LTD 2009-cu ildə Virciniya adalarında qeydiyyatdan keçib: \”2013-cü ilin yanvarına qədər İsveçrədə fəaliyyət göstərib. Panama sənədlərinə görə, şəriki Roman Alloyarov olub.
Şirkətin iflasından sonra Təhsil Nazirliyi aparatının rəhbəri və təhsil nazirinin müavini vəzifəsində çalışıb, ötən ildən təhsil naziridir\”.
Jurnalist, nazirlə yanaşı, Təhsil nazirinin müavini Firudin Qurbanovun biznesi ilə bağlı da açıqlama yayıb.
Qeyd edib ki, F.Qurbanov həm təhsillə \”məşğuldur\”, həm də bizneslə: \”Nazir müavininin Slovakiyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib. Sloveniya mənbələrinin məlumatına görə, şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.
Şirkət 6671381000 saylı lisenziya ilə Slovakiyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu \”Slatina\” oteli yerləşir. Eyni ünvanda daha bir şirkət – HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib. Bu şirkət otelin idarəçiliyini həyata keçirir, təsisçiləri haqqında məlumat yoxdur.
Firudin Qurbanov 2007-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib. 2014-cü ilin iyulundan təhsil nazirinin müavinidir\”.