Problem

Neftçalanın icra başçısı nazirin qəbuluna yazılan vətəndaşı həbs etdirdi

Neftçalanın icra başçısı nazirin qəbuluna yazılan vətəndaşı həbs etdirdiİsmayıl Vəliyev və Aydın Aslanov Neftçalada yeni gərginlik yaradıb

Bir neçə gün əvvəl yağan güclü qarın Neftçala rayonunda ciddi fəsadlar törətdiyini yazmışdıq. Bildirmişdik ki, rayondakı bütün qar təmizləyən texnikalar icra başçısı İsmayıl Vəliyevin bazarının təmizlənməsinə cəlb edilib.

Və bu da yerli sakinlərin haqlı narazılığına səbəb olub. Həmin sakinlərdən biri də Rəşad Zeynalov idi. Dünən əldə etdiyimiz məlumatlara görə, Rəşad Zeynalov Neftçala bələdiyyəsinin sədri Aydın Aslanovun böhtanı və icra başçısının sifarişi əsasında İnzibati Xətalər Məcəlləsinə əsasən 3 sutkalıq həbs edilib: \”Rəşad Zeynalovun həbsi birbaşa başçının sifarişidir. Çünki bu gün hörmətli daxili işlər naziri Ramil Usubov Şirvan şəhərində qəbul keçirəcək. Rəşad da nazirin qəbuluna yazılmışdı. Onun nazirlə görüşməsinə imkan verməməkdən ötrü 3 sutka həbsə atdılar. Rəşad Zeynalov isə buna etiraz olaraq aclığa başlayıb\”. Xəbər redaksiyamıza qəzet çapa gedərkən daxil olduğundan dəqiqləşdirmə apara bilmədik. Gələn saylarımızda həbsin geniş təfərrüfatı barədə məlumat verməyə çalışacağıq. Bizi izləyin.

\”Gündəlik Bakı\”

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button