Problem

Bakıda prezidentin qohumunun adına ləkə gətirənlər: \”Ər Riyad\” olayları

Bakıda prezidentin qohumunun adına ləkə gətirənlər: "Ər Riyad" olaylarıRedaksiyamıza haqqı tapdanan bir sahibkarın şikayət məktubu daxil olub. Bildirək ki, narazı sahibkar “Ər-Riyad” Ticarət Mərkəzində zamanında dükana sahib olduğunu, sonradan isə belə bir işə girişməsindən peşmançılıq çəkdiyini deyir. DİA.AZ-a şikayətçi düşən iş adamının sözlərinə görə, “Ər-Riyad” TM-nin rəhbərliyindəki bir neçə nəfər (binəva sahibkar hələ də probleminin həllinə ümidli olduğundan onların adlarının ictimailəşməsini hələlik arzulamır –red.) rəsmən sahibkarlara fırıldaq gəlirlər. Bu bir yana, həmin fırıldağı da ölkə prezidentinin yaxın qohumu, “Ər-Riyad” TM-nin rəhbəri İlqar Əliyevin adı ilə əlaqələndirməyə, bu yolla da məsuliyyətdən yayınmağa çalışırlar. Bunu da sahibkar iddia edir.

Narazı iş adamı müraciətində yazır: “Mən Taleh Loğman oğlu İsmayılov 27 oktyabr 2007-ci ildə Az-100\\132 saylı müqavilə ilə “Ər-Riyad” Ticarət Mərkəzindən dəyəri 72 min ABŞ dolları olan Bina 24, Xətt 13-də yerləşən 19 saylı 36 kvadratmetrlik mağazanı götürdüm. Hissə-hissə ödəmək şərti ilə hər ay “Ər-Riyad” TM-yə 34 min dollar pul ödəniş etdim.

Sonra müqavilə şərtimiz pozuldu. Anlaşmamıza uyğun olaraq “Ər-Riyad” Ticarət Mərkəzi ödədiyim pulları geri qaytarmalı olsa da, həmin məbləğdən – 34 min ABŞ dollarından yalnız bir hissəsini – 12 min 500 dolları qaytardı. Qalan 21 min 500 dollar məbləğ hələ də TM tərəfindən qaytarılmayıb və neçə müddətdir ki, həmin pulu geri tələb etməyimə baxmayaraq, mənə şirkətin rəhbərliyində yer alan şəxslər müxtəlif bəhanələr gətirirlər. Ən çox da kassada pulun olmadığını bəhanə edirlər ki, bu da ağ yalandır. Onlar sadəcə olaraq bu yolla sanki vaxtı uzadırlar, adamı canından bezdirirlər.

Ən ağrılı olanı isə odur ki, həmin şəxslər bu yolla hörmətli İlqar Əliyevin işgüzar imicinə+ cəmiyyət arasında olan hörmətinə də ləkə vurmuş olurlar”.

Qeyd edək ki, “Riyad” ticarət mərkəzi aeroportdakı yarmarkalar dağıdılan ərəfədə inşa edilmişdi və ehtimal olunurdu ki, “Binə” və “Sədərək” yarmarkaları bura köçürüləcək. Lakin gözləntilər özünü doğrultmadı, “Binə” və “Sədərək” Lökbatana köçürüldü. “Riyad”ın telekanallarda davamlı reklamları getməsinə baxmayaraq, ora nə müştəri gəldi, nə də sahibkar. Çox az sayda burada obyekt alan şəxslər isə indi kor-peşmandırlar.

Mövzu diqqətimizdədir. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button