FaktProblem

“Veysəloğlu” bizi şirniyyatdan iyrəndirəcək – Qurd içində yeriyir + FOTOLAR

“Şikayətim “Veysəloğlu”nun istehsal etdiyi şirniyyatlardandır”.

“SAVAŞ” bildirir ki, bu barədə sosial şəbəkədəki paylaşımında Bakı sakini Ceyhun Piriyev şikayət edib.

Narazı vətəndaş “Veysəloğlu” şirkətinin istehsalı olan şirniyyat məhsulunun fotolarını paylaşaraq aşağıdakıları yazır:

“Gördüyünüz kimi, “Rafaello”ya bənzəyən bu şirniyyatmı deyim, qida məhsulumu deyim… bilmirəm. İçindən hərəkət halında olan qurd çıxıb. Birindən yox, bir neçəsindən çıxdı.

Halal zəhmətlə, min bir əziyyətlə pul qazanıb süfrəmizə qida alırıq… o da belə olur. Bu vəziyyətdə nə etmək olar? İstehlakçıların hüququ və antiinhisar xidməti işləyir?”

Qarşı tərəfi də dinləməyə hazırıq…

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button