Problem

Vidadi İsayev bunu da etdi: Müəmmalı “heykəl əməliyyatı” və silinən milyonlar…

Vidadi İsayev bunu da etdi: Müəmmalı “heykəl əməliyyatı” və silinən milyonlar…Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin qüsurlu fəaliyyəti ilə bağlı kifayət qədər fakt var. Amma indi oxuyacağınız məlumat həm miqyasına, həm də ağlasığmazlığına görə başçısının digər maxinasiyalarından fərqlənir.

Savash.org-a rayondakı mənbələrdən sızan məlumata görə, Vidadi İsayevin həyata keçirdiyi müəmmalı heykəl əməliyyatı onun sonunu gətirə bilər. Baş vermiş olayın təfərrüatlarını açıqlayan mənbəmiz iddia edir ki, rayonda istifadəyə verilən sonuncu parkla bağlı əsl qalmaqal yarana bilər. Belə ki, guya yeni tikildiyi iddia edilən həmin park əslində hələ Sovetlər dövründən bərdəlilərə yaxşı tanış olan II Dünya müharibəsi veteranları üçün inşa edilmiş parkdır.

Sadəcə olaraq, Vidadi İsayev həmin parkda müəyyən kosmetik işlər görərək buranı “yeni” kimi qələmə verib. İcra başçısının bu əməliyyatdan nə qədər qazanması ayrı yazının mövzusu ola bilər. Mövzuyla bağlı ən maraqlı məqam isə həmin parkda hələ SSRİ zamanından mövcud olan heykəlin götürülərək, köhnə heykəlin postamenti üzərinə ümummilli lider Heydər Əliyevin heykəlinin ucaldılmasıdır.

Mənbəmiz bildirir ki, həyata keçirdiyi maxinasiyanın miqyasını sonradan anlayan başçı hazırda qorxu içərisindədir və cəzalandırılacağından əndişələnir. Mövzuyla bağlı daha ətraflı isə növbəti yazımızda bəhs edəcəyik.
SAVASH.ORG

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button