ProblemRegion

Əvəz Qocayevin “MTN işi”ndə həbs edilən iş adamı ilə nə əlaqəsi olub?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayevin əmlaklarının və biznesinin mətbuatda yayılmış siyahısında iki məqam diqqət çəkir.  Ə. Qocayevin Bakının Həsən Əliyev küçəsində yerləşən “Real” MTK-də 380 kv.m olan ofisi olduğu mediada yazılıb.

Qeyd olunur ki, elə həmin MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzili də var. Bir binada həm ofis, həm mənzil sahibi olan Qocayevin aldığı dövlət maaşı ilə bu mülklərə necə sahiblənməsi təəccüblü deyil. Çünki ölkədə bir çox məmurlar korrupsiya pulları ilə varlanıb biznes qurublar. Ona görə Qocayevin bu əmlakları necə əldə etməsi müzakirə predmeti deyil. Lakin diqqət cəlb edən nüans sözügedən MTK-dır. Çünki bu şirkətin sahibi “MTN işi” üzrə həbs edilib. “Real” MTK tikinti şirkətinin həbsdə olan rəhbəri İlham Qasımov, onun oğlanları Nurlan və Ləti o zaman tutulan MTN generalı Akif Çovdarovun işi üzrə ifadə veriblər. Real” MTK-nın rəhbəri Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

İlham Qasımov həmçinin MTN general olmuş Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınmış şəxs kimi tanınıb. Yəni belə bir cəncəl işlərə qarışmış, həbs edilmiş MTK rəhbəri ilə Əvəz Qocayevin nə alış-verişi olub, çox maraqlıdır. Qeyd edək ki, Əvəz Qocayevin sərvətlərinin siyahısını yayıb:

1. “Ocaq” ailəvi restoran ( Binəqədi, Digah yol kəsişməsi 4)

2. Yasamal, Xətayi, Sabil rayonlarında “Ocaq” (restoran, kafe, art) şəbəkəsi

3. Tovuz rayonu Əyyublu kəndində böyük ferma, artezian quyular

4. Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil

5. “NN” Gözəllik salonları şəbəkəsi (şəhərin müxtəlif yerlərində- qızı Xatirə Qocayeva idarə edir)

6. H.Əliyev küçəsində “Real” MTK-də 380 kv.m olan ofis (ASAN xidmətin arxası)

7. Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil

8. Özəl və dövlət banklarında arvadı Tamella Qocayevanın adına 10 milyon manat depozit ( arvadının və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş, təkcə bu depozitlərdən 12 faizlə aylıq faiz gəlir təxminən 200 min manat)

9. Hazırda oğlu Anar Qocayev İnterpol Baş İdarəsində rəis müavini vəzifəsində çalışır.

10. Köhnə “Varovski”da 3 mərtəbə villa

11. Novxanıda ayrı-ayrılıqda 3 villa

12. “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil

13. “REAL” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil

14. Port Bakuda 150 kv m daha bir mənzil

15. Binəqədi rayonunda böyük torpaq sahələri

16. Moskvada mənzil, Türkiyədə məşhur Leventdə mənzil

17. Qızı Xatirə Qocayevanın adına 2 milyon depozit

18. Şüvəlanda villa

19. Özünə və ailsəinə məxsus “Rang Rover”, “Audi Q7”, “Sklass Mercedes”,” Porche”, “BMW” markalı bahalı avtomobillər

20. Tovuz rayonunun özündə və Əyyublu kəndində tikinti materialları mağazası

21. Dərnəgüldə tikinti materialları mağazası

22. Bacısı Afət Qocayeva Əyyublu kənd orta məkətibinin direktorudur.

23. Bir tender şirkəti, “Polat Qapı Yol” şirkəti ilə şəriklik və s…

TİA. Az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button