Problem

Sərxoş polis zabiti qəza törətdi; fakt gizlədilir – İSMAYILLIDA

Sərxoş polis zabiti qəza törətdi; fakt gizlədilir - İSMAYILLIDAİsmayıllı hadisələri zamanı işgəncə və danos qəhrəmanlarından biri, rayon Polis İdarəsinin əməlyyat işləri üzrə rəis müavini Şöhrət Kərimov fəlakətə düçar oldu. Görünür, saxta ittihamlarla həbsxanaya göndərə bildiyi insanların qarğışı onu tutdu. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, Şöhrət Kərimov Göyçayın Yekəxana kəndində toyda olub. Toy İsmayıllı polisinin narkobizneslə mübarizə bölməsinin rəisi Arzu Mahmudovun nəvəsinin toyu olub. Toyda əməllicə yeyib-içən və keflənəndən sonra maşına əyləşərək İsmayıllıya qayıtmaq istəyən Şöhrət Kərimov avtomobil qəzası yaradıb.

Onun maşını möhkəm əzilib, özü isə ciddi xəsarətlər alıb, sür-sümükləri qırılıb. Yol- nəqliyyat hadisəsi İvanovka döngəsində baş verib. Şöhrət Kərimv qəzadan sonra, təbii ki, işə çıxa bilmir. Hadisənin rəsmi qeydiyyatını gizlətmək üçün onu xəstəxanaya da aparmayıblar və hal-hazırda Göyçayın Qarabaqqal kəndind ev şəraitində müalicə olunur. Rəis müavininin əzik maşını isə Göyçaydakı sexlərdən birinə təmirə verilib.

Onu da bildirək ki, Şöhrət Kərimov İsmayıllıda neqativ insan kimi tanınır. İsmayıllı olaylarında ixtişaşın böyüməməsində və yerli sakinlərin daha çox ziyan çəkməsinin qarşısının alınmasında böyük rolu olan rayon polis şöbəsinin rəisindən fərqli olaraq müavin bir çox mənfi olayların iştirakçisı olub.

Mövzunu diqqətdə saxlayacağıq…

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button