Problem

Mübariz Ağayev məktəb binasını zəbt edir: İcra başçısından təhsil nazirinə “əzələ nümayişi”

Mübariz Ağayev məktəb binasını zəbt edir: İcra başçısından təhsil nazirinə “əzələ nümayişi”Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2015-ci il tarixli Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Mübariz Ağayevdən şikayətlərin ardı-arası kəsilmir.
Savash.org-un məlumatına görə, Göyçaya rəhbər sifəti ilə gəldiyi ilk gündən adı ətrafında qalmaqal yaradan icra başçısı indi də Təhsil Nazirliyi ilə problem yaşayır. Bununla bağlı Göyçay rayonundakı mənbəmizin sözlərinə görə, Mübariz Ağayev Quba İcra Hakimiyyətinin möhtəşəm inzibati binasından sonra Göyçaydakı uçuq-sökük RİH binasında ürəksiz əyləşir. O, yaxın ətrafı ilə söhbətlərində bunu özünə qarşı hörmətsizlik kimi dəyərləndirdiyini açıq şəkildə ifadə edib və yaxın zamanlarda bununla bağlı konkret addımlar atacağını bildirib.
Savash.org-a daxil olan məlumatda iddia edilir ki, Mübariz Ağayev problemin “optimal həlli yolunu” da tapıb. Məlumat üçün bildirək ki, Göyçay RİH-nin inzibati binası ilə üzbəüz kifayət qədər əraziyə malik olan ortab məktəb yerləşir. İcra başçısının planı isə həmin orta məktəbi RİH binasına köçürmək, həmin məktəbin ərazisində isə Rayon İcra Hakimiyyəti üçün dəbdəbəli bina tikdirmək niyyətindədir. Amma necə deyərlər, Mübariz Ağayev saydığını saysın, görək Təhsil Nazirliyi nə sayır…
Məlumata görə, icra başçısının planından xəbər tutan Təhsil nazirliyinin rəhbərliyi bu ideyaya kəskin etiraz ediblər. Mübariz Ağayevin inadından dönməyəcəyi halda isə məsələnin prezident səviyyəsində qaldırılacağı gözlənilir.
SAVASH.ORG

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button