ProblemRegion

Keçmiş icra başçısının oğlu Moskvada bina tikintisi BİZNESİNƏ BAŞLADI

Mingəçevir şəhəri və Zərdab rayonun keçmiş icra başçısı (2005-2019) Lütvəli Babayevin oğlu Babəli Babazadə Azərbaycandakı biznesini Rusiyaya köçürüb.

Yol polisi icra başçısının oğlunu saxlayıb? – 15 sutka söhbəti - Avtosfer.az

Gundem.az-ın məlumatına görə, Babəli Babazadə Moskvada “Liqa-Stroy” Məhdud Məsuliyyətli Cəmiyyətini (OOO LİQA-STROY) təsis edib. Qanuni təmsilçisi Rusiya vətəndaşı Kirill Ayvenqoviç adlı şəxs olan şirkətin nizamnamə kapitalı 100 min rubldur. “Liqa-Stroy” Rusiya paytaxtında binaların inşası üçün lisenziya alıb.

Lütvəli Babayevin oğlu atası Zərdab rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışarkən Azərbaycanda “BLB” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİ (açması Babəli Lütvəli Babazadə) təsis etmişdi.

Keçmiş icra başçısının ailəsinə məxsus daha bir şirkət – “TOP POİNT” Lütvəli Babayevin ailə üzvlərindən biri Rübabə Babayevaya məxsusdur. Hər iki MMC akademik Mirəli Qaşqay küçəsi ev 63A, mənzil 26 ünvanında hüquqi qeydiyyatdadır.

Şahin

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button