ProblemRegion

“Azərlotereya”nın xalqdan yığdığı pullar Niderlandda ofşora daşınır — SENSASİON TƏFƏRRÜAT

Ölkəni başına alan “Poz, qazan” və “Misli” qumarını təşkil edən şirkətlərlı bağlı yeni məlumatlar üzə çıxmaqdadır.

Savash.org xəbər verir ki, ölkəni kazinoya çevirən “Azərlotereya” ASC-nin Türkiyənin “Dəmirörən” şirkəti ilə müqavilə bağladığı bilinsə də, əslində, müqavilənin birbaşa “Dəmirörən” holdinqlə bağlanmadığı təsbit edilib. Məlum olub ki, Hollandiyada yaradılan bir ofşor şirkəti ilə saziş bağlanıb. Bu da qaranlıq işlərə və qeyri-şəffaflığa yol açan faktordur. Beləliklə, Azərbaycan xalqından çıxarılan pullar Hollandiyada qurulan və hara xərcləndiyi bilinməyən yerlərə gedir.

Bundan əlavə, faktiki olaraq “Poz, qazan” onlayn şəkildə oynanılacaq kazino fəaliyyətidir. Kazino fəaliyyəti də mövcud qanunvericiliklə qadağan olunub və cinayət məsuliyyəti yaradır.

Üstəlik, “Azərlotereya” haqqında Prezidentin fərmanı əsasında oyun qaydaları hazırlanıb təqdim olunmalıdır, və qanun.az saytında yerləşdirilməlidir. Əgər vətəndaşla şirkət arasında hansısa anlaşılmazlıq yaranarsa vətəndaşın istinad edəcəyi qanunvericilik bazası olmalıdır. Lakin Azərlotereya bunu bilərəkdən həyata keçirir ki, vətəndaşla yaranan məsələ problem olaraq qalsın. Ümumiyyətlə, Hollandiyada qurulan şirkətlə müqavilə qara işləri görmək üçün bağlanıb. Bu şirkətin Hollandiyada yaradılması pulların təkcə ölkə xaricinə axması demək deyil, həm də bu oyunu oynayan Azərbaycan vətəndaşlarının şəxsi və bütün bank məlumatlarının xarici şirkətlərin əlinə keçməsi deməkdir. Bu məlumatların isə sonradan həmi şirkətləri himayə edən və ərazisində fəaliyyət göstərdiyi xarici xüsusi xidmət orqanlarının əkinə keçməyəcəyinə kimsə zəmanət verə bilməz.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.(tia.az)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button