Problem

Bərdənin icra başçısı qonşularının evlərini həyətinə qatdı – ÖZƏL

Bərdənin icra başçısı qonşularının evlərini həyətinə qatdı - ÖZƏLAdı son zamanlar ölkə mətbuatında heç də xoş mövzularla bağlı anılmayan Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevlə bağlı yeni məlumat əldə etmişik. Savash.org-u məlumatlandıran və etibarlılığına şübhə etmədiyimiz mənbənin sözlərinə görə, icra başçısı 2 qonşusunun evini və həyətyanı sahəsini öz ətrazisinə qatıb.
Mənbəmiz iddia edir ki, Bərdə RİH başçısı Vidadi İsayev Yevlax rayonunda yaşayır və yuxarıda bəhs etdiyimiz fakt da məhz Yevlaxda baş verib: “Vidadi İsayev Yevlax rayonundakı iki qonşusunun evini alaraq öz həyətinə qatıb. Bunun əvəzində isə icra başçısı onların hər birinə dəyəri 50 min manat olan ev alıb verib. İki qonşusunun hesabına isə daha böyük ərazi zəbt edən Vidadi İsayev hazırda burada çox möhtəşəm villa inşa etdirib”.
Qeyd edək ki, mənbəmiz redaksiyamıza mövzuyla bağlı eksklüziv fotolar da təqdim edəcəyini bildirib. Fotolar əlimizdə olduqdan sonra mövzuya yenidən qayıdacağıq.
Xatırladaq ki, İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. 1980-1985-ci illərdə Ağdaş rayon Qaradeyin kənd orta məktəbində tarix müəllimi, 1986-2004-cü illərdə Mərkəzi Dövlət Arxivinin Yevlax filialının müdiri, 2004-2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 3 mart 2011-ci il tarixli Sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button