Problem

Polis bölməsində ölənin atası: Hadisənin obyektiv araşdırılmasını tələb edirik

Polis bölməsində ölənin atası: Hadisənin obyektiv araşdırılmasını tələb edirikÖtən gün şübhəli şəxs qismində saxlanılaraq dindirilmək üçün Mingəçevir şəhər Polis Şöbəsinə aparılan və daha sonra ölüm xəbəri yayılan, 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlunun yaxınları hadisənin düzgün araşdırılmasını tələb edirlər.

Mərhumun atası Hacıyev Dilsuz Qədir oğlu deyib ki, polis əməkdaşları Bəhruz Hacıyevi və daha bir nəfər həmkəndlisini narkotikdən istifadə etməkdə şübhəli şəxs kimi saxlayıblar. Sonra B. Hacıyevdən bir xəbər gəlməyib. Valideynlərin təkidindən sonra onlara B. Hacıyevin şöbənin inzibati binasının 3-cü mərtəbəsindən özünü yerə ataraq intihar etdiyi bildirilib.

Bundan sonra mərhumun qohumları Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə gediblər və orda meyitin yarılaraq tikildiyini görüblər.

“Biz ekspertiza rəyinin düzgün verilməsini, hadisənin obyektiv araşdırılmasını tələb edirik. Bu hadisədə təqsirkar olan şəxslərin cəzalandırlmasından başqa bir tələbimizi, niyyətimiz yoxdur” deyə mərhumun atası bildirib.

B. Hacıyev bildirib ki, o, bu məsələnin sakit şəkildə, qanun çərçivəsində araşdırılmasını istəyir: “Biz daxili işlər naziri, general-polkovnik Ramil Usubovun tapşırığı ilə hadisənin düzgün araşdırılması üçün Mingəçevir şəhər Polis Şöbəsinə gəlmiş vəzifəli şəxslərlə də görüşdük. Onlar bizi əmin etdi ki, bu hadisə ədalətli şəkildə düzgün araşdırılacaq və ədalətli qərar veriləcək”

Qeyd edək ki, avqustun 20-də axşam saatlarında Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlu dindirilmək üçün Mingəçevir Şəhər Polis Şöbəsinə çağırılıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button