ProblemRegion

“Azərlotoreya”nın bədbəxt etdiyi adam fəryad edir: “Məni bu bəladan qurtarın!” + VİDEO

2021-ci ildən bəri “Azərlotoreya”nın “Poz-qazan”ı mənim evimi yıxıb. Ailəm dağılmaq üzrədir, övladım xəstədir, müalicə edə bilmirəm. Evdən bayıra çıxa bilmirəm.

Bu haqda videomüraciəti blogerlərdən biri çəkib. Şamaxı rayonundan olan şikayətçinin fəryadı ürək dağlayır:

“Mənə kömək edin. 70 min manat pul uduzmuşam. Hazırda 7 min manat da borcum var. Ayın 5-də uşağı xəstəxanaya aparmalı idim, martda əməliyyat olmalı idi, 300 manat həkim pulunu da apardım uduzdum. İki dəfə canıma qəsd eləmək istəmişəm, olmayıb. Xahiş edirəm, mənə kömək edin. “Poz-qazan”dan aralaşa bilmirəm. Sizə qurban olum, mənə kömək edin. İstəyirəm yaddaşım pozulsun, silinsin ağlımdan o oyun. Həyatımı məhv edib mənim. Evimin qənd-çay pulunu aparıb qoyuram. Görümü yumuram, gözümün qabağına gəlir. Artıq hamı bilir ki, mən narkotik kimi aludə olmuşam ona. Hər şeyimi satıb ona qoymuşam. Banklardan pul götürmüşəm. Anamın üzünə baxa bilmirəm, kartını banka qoyub pul götürmüşəm. Xahiş edirəm, mənə köməklik edin, özümlə bacara bilmirəm”.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button