Deputatın bacısı oğlu olan ƏSMM rəhbərindən Prezidentə şikayət – UCARDA ÜNVANLI YARDIM RƏZALƏTİ
Ucar rayonundan olan bir qrup sakin Savash.org-a müraciət edərək Ucar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Elxan Rəhimovun yarıtmaz fəaliyyəti ilə bağlı şikayət edib.
Qanunda nəzərdə tutulan sənədlərini toplayaraq sosial yardım almaq üçün Ucar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etdiklərini bildirən şikayətçilər iddia edir ki, sənədlər cari ilin əvvəlindən qəbul edilsə də onlar müxtəlif bəhanələrlə get-gələ salınır:
”Mərkəzin direktoru Elxan Rəhimovu iş yerində tapana muştuluq verirlər. Gününü restoranlarda yeyib-içib, əyyaşlıqla keçirən Elxan Rəhimov sosial yardım verilməsi üçün əvvəlcədən 1000 manat rüşvət istəyir. Pulun belə çox istənilməsini isə onunla əsaslandırır ki, əvvəl bir illik verilən ünvanlı sosial yardımı indi iki illik alacaqsınız. ƏSMM rəhbəri deyir ki, sənədlərin qəbul edilməsi üçün mən nazirliyə də haqq verməliyəm, xoşu gələn buyursun, narazı qalan varsa hara istəyir gedib şikayət edə bilər. O kabinetində divardan asdığı dayısı deputat Şəmsəddin Hacıyevin şəkilini göstərib bildirir ki, mənim arxamda dayanan var, siz mənə heç nə edə bilməzsiniz”.
Şikayətçilər Savash.org-a bildirib ki, onlıarın əlində böyük bir siyahı var ki, Ucar rayonunda ünvanlı sosial yardım alanların əksəriyyəti imkanlı şəxslərdir: “Qanunla onlara sosial yardım düşməsə də əyyaşlıqla gününü keçirən Elxan Rəhimovun özəl qanunları ilə yardım alırlar. Həmin adamların elektron siyahıdan adlarını oxuyub dəhşətə gəlmişik. Çünki həmin adamlar avtomobilləri olanlar, yaxşı imkanları olanlardılar ki, onların yardıma heç bir ehtiyacı yoxdur.Bu faktın yoxlanılması təşkil edilərsə biz həmin adamların adlarını təqdim edəcəyik, əlimizdə böyük bir siyahı var.Əgər Elxan Rəhimovu alkoqol testindən keçirilərsə onun alkoqol xəstəsi olduğu subut olunacaq ki, buna görə onun fəaliyyəti ciddi yoxlanılmalı və barəsində təsirli tədbirlər görülməlidir”
Şikayətçilər sonda kabinetində şəklini divara asdığı deputat dayısı Şəmsəddin Hacıyevə güvənən Elxan Rəhimovun qanunsuz əməlləri barədə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova və digər aidiyyatı orqanlara şikayət ərizəsi yazdıqlarını bildirdilər. Onlar eyni zamanda 22 sentyabrda Prezidentin Ucar rayonuna gözlənilən səfəri zamanı bu barədə ona yazılı şikayət məktubları verməyi planlaşdırıblar.
Savash.org-a Ucar ƏSMM-in qanunsuzluqlarından şikayət edən Ucar sakinləri isə aşağıdakılardır:
1) Qədirov Rafiq İsrafil oğlu Ucar rayonu Qazyan kəndi 1-ci qrup gözdən əlil
2) Babayev Rahim Vahid oğlu Ucar rayonu Vaqif küçəsi ev 8
3) Məmmədov Murad Məhəmməd oğlu Firdovsi küçəsi ev 17
4) Babayeva İmmileyla Abdulhüseyn qızı Vaqif küçəsi ev 8
5) Babayeva Ruqiyyə Vahid qızı Ucar rayonu Vaqif küçəsi ev 8
6) Qədirova Zenfira Məhəmmədqulu qızı Ucar rayonu Qarabörk kəndi