Region

Cəlilabadda icra hakimiyyətinin işçisi və oğlu bıçaqlandı

Cəlilabadda icra hakimiyyətinin işçisi və oğlu bıçaqlandı
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Sabirabad kəndində qeydə alınıb.

Belə ki, rayon sakini Babək Əliyev və onun atası Vəli Əliyev öz həmkəndlisi tərəfindən bıçaqlanıb.

Hadisə nəticəsində V.Əliyevin üz nahiyəsinə bıçaqla xəsarət yetirilib. B.Əliyev isə ağır yaralanaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onları bıçaqlayan şəxsin isə ruhi-əsəb xəstəsi olduğu deyilir.

Hazırda həmin şəxs şübhəli şəxs qismində Cəlilabad rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, V.Əliyev Cəlilabd Rayon İcra Hakimiyyətinin işçisidir.

O, rayonda vəzifəli şəxs olmaqla yanaşı iş adamı kimi də tanınır. V.Əliyev Cəlilabad rayonunda biznes fəaliyyəti ilə də məşğuldur.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button