Region

Masallının icra başçısından prezidentə şikayət olundu

Masallının icra başçısından prezidentə şikayət olundu\”Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun fəaliyyətsizliyi nəticəsində ciddi sosial problemlərimiz yaranıb. İcra başçısı müraciətlərə cavab vermir. Prezidentin tapşırığı ilə yerlərdə əhalini qəbul edən mərkəzi icra hakimiyyəti rəhbərlərinin də qəbulunda ola bilmirik\”.
Bu sözlər bir qrup Masallı rayon sakininin Prezident İlham Əliyevə ünvanladığı müraciətdə bildirilir. Sakinlərin sözlərinə görə, dövlət başçısına etdiyi müraciət Prezident Administrasiyasının Masallı üzrə təhkimçi Vəfadar Bağırov tərəfindən araşdırılmır: \”V.Bağırov şikayətlər barəsində icra başçısı R.Hüseynova məlumat verməklə işini bitmiş hesab edir\”.
Şikayətçilər onu da bildirirlər ki, dəfələrlə mərkəzi icra hakimiyyəti qurumlarına şikayət etsələr də, şikayətləri şikayətçi olduqları icra başçısına ünvanlanır. Nəticədə şikayətdə göstərilən problemlər həll olunmamış qalır. Sakinlər işsizlik, yolsuzluq və kommunal xidmətlər sahəsində problemlərdən narahatlıqlarını ifadə edirlər.

bizimyol

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button