Region

Sevindik Hətəmovun “MASKALILAR XOFU” – İcra başçısı yatağa düşüb?

Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovun səhhətində ciddi problemlər yaranıb.

Savash.org-un məlumatına görə, qonşu Neftçala rayonunda baş verən məlum hadisələrdən sonra Sevindik Hətəmovun qan təzyiqi kəskin şəkildə yüksəlib və həkim nəzarətinə götürülüb. Şəkər və qan təzyiqindən əziyyət çəkən icra başçısının son günlər qorxu içində olduğu bildirilir.

Neftçala RİH başçısı İsmayıl Vəliyevin həbs xəbərini böyük şok effekti ilə qarşılayan icra başçısının onunla hansısa ortaq işləklərinin olduğu bildirilir. Həbsin hələ açıqlanmayan səbəblərindən birinin seçki saxtakarlığı olduğunu göz önünə gətirsək Salyan icra başçısının bundan da narahat ola biləcəyini düşünmək olar.

Məlumat üçün bildirək ki, böyük saxtakarlıqlarla müşaiyyət olunan 60 saylı Salyan-Neftçala seçki dairəsi bu gün ən çox diqqət çəkən seçki ünvanlarındandır.

Bununla belə Sevindik Hətəmovun adı ölkə mətbuatında sahibkarlara divan tutan icra başçısı kimi də tez-tez hallandırılır. Özünün böyük biznes şəbəkəsi olan icra başçısının Salyanın yerli iş adamlarına qarşı aqressiv davranışı haqda da məlumatlar yetərincədir.

Hazırda “Maskalılar xofu” ilə yaşayan Salyan RİH başçısının özbaşınalıqları haqda yaxın günlərdə daha ətraflı məlumat verəcəyik.

Orxan

Savash.org

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button