Region

Salyanın icra başçısı Ziya Məmmədova qarşı: körpüyə ayrılmış 1 milyonun izi ilə…

Salyanın icra başçısı Ziya Məmmədova qarşı: körpüyə ayrılmış 1 milyonun izi ilə... Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovdan narazılıq artmaqdadır. Bununla bağlı Savash.org-un elektron ünvanına şikayət ünvanlayan bir qrup rayon sakini Salyanda problemlərin boğazdan olduğunu iddia edir:

“Salyan rayonu hələ indiyə qədər belə zülm görməyib. Rayonda vətəndaşların işlə təminatı olduqca acınacaqlı durumdadır, yerli məmurların rüşvətxorluğu və süründürməçiliyi isə əndazəsini aşıb. Bütün bunların günahkarı isə icra başçısı Tahir Kərimovdur. O, ətrafına topladığı inanılmış adamları vasitəsilə daha çox kapital toplamaq istəyir, vətəndaşların problemləri isə icra başçısını az maraqlandırır”.

Şikayət məktubunda daha sonra Kür çayı üzərindən salınmalı olan və Salyanın Babazan qəsəbəsini rayon mərkəzilə birləşdirəcək körpüyə ayrılmış vəsaitin qaranlıq taleyindən söz açılır: “2013-cü il sentyabrın 6-da Prezidentin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə Salyanda körpü tikintisi üçün 1 milyon manat ayrılıb.Körpü Salyanın Babazənan qəsəbəsindən rayon mərkəzinə qədər məsafəni qısaltmaq məqsədilə Kür çayı üzərində tikilməliymiş. Amma nədənsə ötən ilin iyunundan körpünün tikintisi dayandırılıb. Uzun illərdir ki, körpü olmadığından sakinlər rayon mərkəzi ilə əlaqə saxlamaq üçün yalnız qayıqlardan istifadə edirlər. Rayon mərkəzindəki bazara getmək üçün qayıqlardan istifadə edən qəsəbə sakinləri hər gün öz həyatlarını təhlükə altında qoyurlar”.

Daxil olan məlumatda bildirilir ki, icra başçısı sözügedən körpünün hələ də istifadəyə verilməməsinin günahkarı kimi Nəqliyyat Nazirliyini və şəxsən nazir Ziya Məmmədovu göstərir: “Deyirlər ki, həmin 1 milyon manat Nəqliyyat Nazirliyinə ayrılıb, körpünü də onlar tikməlidir. Bu yolla icra başçısı yaxasını kənara çəkmək istəyir. Amma bizə pulun kimə ayrılması yox, işin hansı səbəbdən yubanmasıdır”.
Mövzuya qayıdacağıq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button