Region

İcra başçısı həbs olunan rayonda şübhəli tenderlər – Milyonlar belə yeyilir…

Neftçala Suvarma Sistemləri İdarəsi bir gündə 7 tenderin qalibini elan edib.

“Yeni Sabah” xəbər verir ki, elan olunan tenderlərin ümumi məbləği 1.5 milyon manatdan çoxdur.

İdarənin 3 nov kanalının əsaslı təmiri işlərinin satın alınması tenderini “Sabirabad Dəmir Beton” ASC qazanıb. İşin maaliyyə dəyərinin 200 min 993 manat olduğu qeyd edilib. Uzunbabalı nov kanalının əsaslı təmiri işlərinin satın alınmasını da eyni şirkət qazanıb və bu işə görə idarə tərəfindən 177 min 997 manat ödəniləcək.

289 min 229 manatlıq suvarma kanallarının və çay məcralarının lildən təmizləmə işlərinin satın alınmasını isə Neftçala Melioservis İdarəsi əldə edib.

2 aqreqatlı Xoltəzəkənd nasos stansiyasının (n/st binası, təzyiq qurğusu, giriş –çıxış boru xətti) əsaslı təmiri işlərinin satın alınmasını (71 min manat), Cari və əsaslı təmir işləri üçün tikinti materialları və dəmir məmulatlarinin satın alınmasını (234 min 767 manat), Nasos, mexaniki və elektrik avadanlıqlarının təmiri üçün ehtiyat hissələri və materialların satın alınmasını (285 min 054 manat), Mexanizmlər və nəqliyyat vasitələrinin təmiri üçün ehtiyat hissələri və materialların satın alınması (280 min 345 manat) tenderlərinin qalibi isə “Sevinc-96” MMC elan edilib. “Sevinc-96” MMC bir gündə ümumilikdə 871 min manatlıq tender udub.

Aparıcı fəaliyyət sahəsi kənd təsərrüfatı olmayan bir rayonda bir gündə suvarma sistemləri ilə bağlı ümumi məbləği 1.5 milyon manatdan çox olan 7 tenderin keçirilməsi müəyyən şübhələr yaradır.

Xatırladaq ki, prezident İlham Əliyev son çıxışlarında dövlət satınalmalarında şişirdilmələrə yol verildiyini deyib və bu sahəyə ciddi nəzarətin olması haqda tapşırıq verib.

Onu da xatırladaq ki, Neftçala rayonunun keçmiş icra başçısı İsmayıl Vəliyev bir il bundan əvvəl korrupsiya ittihamı ilə öz xidməti kabinetində həbs olunub. Onunla bərabər rayonda bir sıra vəzifə sahibləri də qandallanaraq paytaxta gətirilmişdi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button