Region

Laçınlı məmurların İsmayıllıda «qara quzu» qonaqlığı və cızılan məxfi plan

Laçınlı məmurların İsmayıllıda «qara quzu» qonaqlığı və cızılan məxfi planLaçın məmurları İsmayıllıda \”qara quzu\” kəsərək planlar cızdı və icra başçısı postuna namizəd irəli sürüldü

Bəzi məmurların mütəmadi olaraq bir araya gəlməsi, hansısa məsələləri müzakirə etməsi ilə bağlı zaman-zaman mətbuatda fikirlər səsləndirilir. Hətta belə görüşlərdə, konkret bir şəxsin irəli çəkilməsi və gələcəkdə ondan istifadə edilməsi kimi addımlar atılır. Elə bu günlərdə də belə bir görüş İsmayıllı rayonunda baş tutub. Əldə etdiyimiz məlumata görə, bir neçə laçınlı məmur Dövlət Neft Şirkətində yüksək vəzifədə çalışan, əslən laçınlı olan bir şəxslə görüşərək İsmayıllı rayonuna üz tutublar. Burada bir masa ətrafında qara quzu kəsərək və onun ətindən nuş edən vəzifə sahibləri bir sıra məsələləri müzakirə edərək həmin şəxsin vəzifəyə gətirilməsi planlarını qurublar. Əsas məsələ isə, həmin şəxsin vəzifəyə gətirilməsi, onun barəsində cəmiyyətdə müsbət imic yaradılması üçün bir sıra mətbuat orqanları ilə əlaqələrin qurulması olub. Həmin görüşdə bir çox məsələlər müzakirə mövzusu olub. Laçın rayonunda məsul vəzifə tutan, zaman-zaman adı bir çox qaranlıq işlərdə hallanan Laçın rayon Suvarma Sistemləri İdarəsinin rəisi Maşallah Sadıqovun və Laçın Yol İdarəsinin rəisi Musa Musayevin həmin görüşdəki canfəşanlığı, müzakirə edilən digər məsələlərlə, konkret olaraq Laçın rayonunudakı məsul dövlət görəvlilərinin əleyhinə qurulan şərə-şur işlərlə bağlı konkret, ilginc faktlar əldə etmişik. Tezliklə həmin faktları cəmiyyətə təqdim edəcəyik. Onuda qeyd etməyi özümüzə borc bilirik ki, Türkiyədəki seçkilərdə kürdlərin səs barajını keçməsini toy-bayram edən qaranlıq işlər ustası Maşallah Sadıqovun, Musa Musayevin və əqidədaşlarının əməllərini açacağıq.

Növbəti yazımızda icra başçısı postuna hazırlanmış 3-cü şəxsin adını açıqlayacağıq və məclisdə gedən söhbətlər barədə tam şəkildə sizləri məlumatlandıracağıq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button