Region

Qazaxda ÖZBAŞINALIQ: Yol dağılıb, sakinlər etiraz edir, məmurlar isə… – FOTO

Qazax rayon Daş Salahlı kənd sakinləri kənd avtomobil yolunun yararsız halda olmasından şikayətləniblər. Redaksiyamıza müraciət edən bir qrup sakin qeyd edib ki, Daş Salahlının “Monitorun yanı” adlanan girişindən başlayaraq kənd ərazisindən keçən dəmir yoluna qədər asfalt örtüyü bərbad hala düşüb. Onlar iddia edirlər ki, yolu bu kənddəki “Akkord” Sement Zavodunun iri tonnajlı yük maşınları belə acınacaqlı vəziyyətə salıb.

Sakinlər həyəcan təbili çalaraq onu da bildirirlər ki, yolun dağılıb sıradan çıxması üzündən həmin yolda çoxsaylı avtomobil qəzaları baş verib, verir. Hətta kənd bələdiyyə sədri Asif Yusifovun ailəsi də həmin yolda ağır avtomobil qəzası keçirib və bələdiyyə sədrinin həyat yoldaşı hələ də ağır durumdadır. Məsələ barədə kənd icra nümayəndəsi Tahir  müəllim  və bələdiyyə sədri A. Yusifova dəfələrlə müraciət olunsa da, məsələyə baxılmır.

Sakinlərə “Burda bizik Bağdadda kor xəlifə“ ədası və intonasiyası ilə “Gedin, kimə şikayət edirsiniz, edin” cavabı verilir. Məsələ barədə Qazax Rayon İcra Hakimiyyətinin də məlumatı var. Buna rəğmən onlar da “ya vəlvələdən, ya da zəlzələdən işə baxmırlar. Bir sözlə, həlli düyünə düşmüş problemin çözüm yolu tapılmır. Sakinlər yolun bərpasını tələb edirlər. Son ümidləri məsələnin mətbuatda işıqlandırılamasına qalıb. Bu ümid ipi də kəsiləcəksə, sakinlər yolu bağlayacaqlar.

Əlbəttə, bu cür hal qəbuledilməzdir, amma görünür, bəzi xırda məmurlar müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin hər çıxışında məmurlara verdiyi mesajlardan, sərt tapşırıqlardan  nəticə çıxarmırlar. Onlar vəzifə və missiyalarının vətəndaşa xidmət olduğunu sanki çoxdan unudublar.  Müxtəlif maxenasiya və korrupsiya hallarına yol verərək öz mənffətlərini güdməklə, özlərinə bahalı həyat şəraiti düzənləməklə, otel, restoran, təssərrüfat və başqa biznes şəbəkələri qurmaqla məşğuldurlar. Əgər bu yazıdan nəticə çıxarılmasa, cənab Prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya imzalı müraciət ünvanlanacaq.

Unutmayın: Vətəndaşa xidmət sizin vəzifə borcunuzdur!

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button