Region

1993-cü ildə itkin düşən şəxsə 2001-ci ilədək əmək haqqı yazılıb – İsmayıllıda

1993-cü ildə itkin düşən şəxsə 2001-ci ilədək əmək haqqı yazılıb - İsmayıllıdaİsmayıllı rayonunda dəhşətli saxtakarlıq baş verib. 1993-cü ildə itkin düşmüş şəxsə 2001-ci ilə qədər əmək haqqı yazılıb. Bu barədə məlumat dosye.org saytında dərc olunub.

Saytın yazdığına görə, İsmayıllı rayonu, Axundov küçəsi 34A, mənzil 9-da yaşayan Ürbabə Mahmudova onlara şikayət edərək, 1965-ci il təvəllüdlü həyat yoldaşı Təyyar Mahmudovun adına 8 il yalandan əmək haqqı yazıldığını bildirib. Ürbabə Mahmudova qeyd edib ki, həyat yoldaşı 1993-cü ilin aprelində vətənin müdafiəsi uğrunda döyüşlərə gedib və döyüşlərin birində itkin düşüb. 2001-ci ilədək bütün axtarışlar heç bir nəticə verməyib. İsmayıllı rayon Məhkəməsinin 12 mart 2001-ci il tarixli qərarı ilə Təyyar Mahmudova şəhidlik statusu verilib.

Bu ilin iyul ayın da Ürbabə xanım təqaüdə cıxmaq ücün aidiyyəti orqana müraciət etdikdə, həyat yoldaşının əmək kitabcası tələb edilib. İsmayıllı rayon kitabxanasının arxivindən şəhidin əmək kitabcasi tapıldıqdan sonra məlum olub ki, şəhid Təyyar Mahmudova 1 may 2001-ci il tarixədək Sulut kənd kitabxanasının müdiri vəzifəsində əmək haqqı yazılıb.

Ürbabə Mamhmudova deyib ki, həyat yoldaşına əmək haqqı yazılmasından xəbərsiz olub. Həyat yoldaşının adından kimlərsə maaş cədvəlinə qol çəkərək, onu mənimsəyib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button