Region

Ağdaşın DYP rəisi Ramil Usubovun adından istifadə edir: \”Nazir qohumumdur, ona görə də…\”

Ağdaşın DYP rəisi Ramil Usubovun adından istifadə edir: "Nazir qohumumdur, ona görə də..."Ağdaş sakini yol polisinin özbaşınalığından şikayətçidir

Firqət Musayev: “Əhali DYP-nin əlindən cana doyub”

Ağdaş rayon sakini Firqət Musayev yol polisinin fəaliyyətindən şikayətçidir. F.Musayev bildirir ki, rayonda maşın sürmək mümkünsüz işə çevrilib. “Ağdaş rayonunda olan qanunsuzluq və özbaşınalıqlara biganə qala bilmədiyim üçün sizə müraciət edirəm. Ağdaşda Dğvlət Yol Polisi yox dərəcəsindədir. Şəhərin mərkəzi olan Heydər Əliyev prospekti DYP-nin çörək ağacına çevrilib. Belə ki, Ağdaş DYP-nin rəisi Namiq Qəmbərov, həmçinin bölmənin Samir və Emin adlı əməkdaşları səhərdən axşamadək “reyd keçiririk”adı ilə pul yığır. Rayonda maşın sürmək mümkünsüz olub. Yetər ki, adıçəkilən əməkdaşlara rüşvət ver, nə istəyirsən et. Aylıq haqlarını verəndən sonra ürəyin istəyəni edə bilərsən. Əhali DYP-dən cana gəlib” – deyə F.Musayev bildirir.
Şikayətçi bildirir ki, rayon ərazisində qoyulmuş yol nişanlarına əməl edən yoxdur və DYP əməkdaşları buna göz yumur. O, bununla bağlı redaksiyamıza fotolar da təqdim edib. “Yol nişanlarına əməl etməyənlər DYP əməkdaşlarına rüşvət verdiyi üçün cəzasız qalırlar. Kənar rayondan gələn sürücülər bu qanunsuzluğu edə bilməz, yerli sürücülər isə rüşvət verib işlərini görürlər. Gecələr “avtoş”ların əlindən küçəyə çıxmaq olmur. Qadağan edilmiş gücləndirilmiş siqnallardan tutmuş, iki təkər sürən sürücülərədək, camaatı boğaza yığıblar” – deyən şikayətçi iddia edir ki, gün ərzində baş verən yol qəzalarının əksəriyyəti sənədləşdirilmədən rüşvət qarşılığında gizlədilir.
F.Musayev əlavə edir ki, avtomobillərin ekologiyaya ziyan vurmasının yoxlanılması ilə bağlı reydlər zamanı da qanunsuzluqlara yol verilir. “DYP əməkdaşları heç bir sertifikat uyğunluğu olmayan aparatla guya ekologiyaya ziyan vuran maşınları təyin edirlər. Guya bununla bağlı reyd keçirirlər və rəisin özü də iştirak edir. Ancaq yoxladıqları avtomobilləri pul alaraq buraxırlar”, deyən şikayətçi vurğulayır ki, əhali bu kimi qanunsuzluqlardan çox narazıdır.
“Cənab Prezident İlham Əliyev televiziyada öz çıxışı zamanı xalqa müraciət etmişdi ki, neqativ hallarla bağlı ona məlumat verilsin. DYP rəisi qanunsuzluqlara etiraz edənlərə bildirir ki, nazirin yerlisi, qohumudur və ona heç nə edə bilməzlər. Xahiş edirəm, müvafiq qurumlar baş verən qanunsuzluqların araşdırılması üçün rayonumuza müvafiq komissiya göndərsinlər. Əks halda, bu kimi hallar əhalidə ciddi etirazlara səbəb ola bilər” – deyə Firqət Musayev bildirir.
Məsələ ilə bağlı müraciət etdiyimiz Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri polkovnik Kamran Əliyev “Bizim Yol”a bildirdi ki, məsələ araşdırıldıqdan sonra açıqlama veriləcək.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button