Region

Cəlilabad təhsilin “ölüm mələyi”: Elminaz Nadirovanın “İnkir” və “Minkir”i direktorları necə çərlədir?

Cəlilabad təhsilin “ölüm mələyi”: Elminaz Nadirovanın “İnkir” və “Minkir”i direktorları necə çərlədir?Cəlilabad rayon təhsil şöbəsinin müdiri Elminaz Nadirovanın qanunsuz əməlləri ilə bağlı Savash.org-a yeni məlumatlar daxil olub.

Daxil olan məlumatda bildirilir ki, RTŞ-nin müdirəsi sözün əsl mənasında pedoqoji kollektivin əzrayılına çevrilib. İddia olunur ki, bir müddət öncə Cəlilabad rayon təhsilinə gələn yoxlamada xərcə düşən məktəb direktorları bu səbəbdən Elminaz Nadirovanın tələb etdiyi aylıq haqqı ödəyə bilməyiblər. Bundan qəzəblənən Cəlilabad təhsil şöbəsinin müdirəsi rayon məktəblərində total yoxlamalara start verib.

Mənbə bildirir ki, “Ölüm mələyi” sayılan RTŞ müdirəsinin məktəblərdə yoxlama aparan adamlarını (Sərxan və Ərəstun-red) müvafiq olaraq İnkir və Munkir adlandırırlar. Onların isə məktəb direktorlarına əsl \”qəbir əzabı\” yaşatdıqları bildirilir.

Daxil olan məlumatda iddia olunur ki, məhz bu sıxma-boğma səbəbindən direktorlardan bir neçəsi infarkt diaqnozu ilə xəstəxanalara düşüblər: “Məsələn, Cəlilabad şəhər 6 saylı tam orta məktəbin direktoru Şölət Əsgərov, şəhər 3 saylı tam orta məktəbin direktoru Mübariz Əsədov və vəziyyəti daha ağır olaraq Bakı şəhərində xəstəxanaya yerləşdirilən Füzuli Quliyevi ilk qurbanlar hesab etmək olar”.

Yazıda adları çəkilən hər kəsin cavab haqqını tanıyırıq.
Savash.org

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button